Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İndiki Ermənistan bizim torpağımızdır

0

  •        Azərbaycan xalqı digər xalqlar üçün daim özünün qonaqpərvərliyi, mərhəmətliliyi, humanistliyi ilə nümunə olmuşdur. Xalqımız üçün​ dosta, qonşuya xəyanət, basdığını kəsmək, zəifə güc göstərmək kimi xüsusiyyətlər tamamilə ziddir. Ancaq təəssüflər olsun ki, etdiyimiz qonaqpərvərliyin, humanistliyin nəticəsində çox zamanlar qonşu xəəyanətinə məruz qalmışıq. Bizlər ən çox xəyanəti daim humanistlik göstərib ocağımızın başında yerləşdirdiyimiz mənfur qonşularımız ermənilərdən görmüşük. Əslində erməniləri də özümüzə qonşu edən də özümüzük. Çünki vaxtilə İrandan, Türkiyədən, eləcə də dünyanın ayrı - ayrı ölkələrindən köçürülən ermənilərin öz tarixi torpaqlarımızda yerləşməsinə imkan verməsəydik, hazırkı vəziyyətlə üzləşməzdik. Ötən əsrdə dəfələrlə azərbaycanlıları öz ata - baba yurdlarından didərgin salmış ermənilər o tərzdə qudurmuşdular ki, hətta Azərbaycan respublikasının ərazisində 20 faiz ərazimizi işğal edərək bir milyon soydaşımızı öz torpaqlarında məcburi köçkünə çevirmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       30 il bir milyon soydaşımız əzab - əziyyət içərisində yaşadılar. Ermənilərlə aparılan sülh danışıqları heç bir fayda vermədi. Öz ağalarının yaxından köməkliyi sayəsində əliyalın əhalimizə güc göstərib torpaqlarımızı işğal edən ermənilər özlərini qalib kimi göstərərək​ işğal altındakı torpaqlarımızı azad etməkdən hər vəchlə boyun qaçırır, hətta yeni ərazilərimizi işğal etmək arzusunda olduqlarını da açıq - aşkar bəyan etməkdən də çəkinmirdilər. Erməni quduzluğunun artıq son həddə çatdığını görən Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020 - ci ilin 27 sentyabrında ordumuza vur əmri verdi. Müzəffər Azərbaycan ordusu qudurmiş erməni itlərini cəmi 44 gün ərzində ölkəmizin hüdudlarından kənara atdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Hazırda Azərbaycanda nə məcburi köçkün, nə də Qarabağ problemi məvhumu yoxdur. İndi Azərbaycanı dinc quruculuq işləri və Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qaytarılması prosesi düşündürür. Dekabr ayının 24 - də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılmış şəraitlə tanış olub və burada Qərbi Azərbaycan ziyalıları ilə görüşüb. Qərbi Azərbaycan İcması 1989 - cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Artıq ölkədə məcburi köçkün qalmadığından, bundan sonra​ bu bina Qərbi Azərbaycan İcmasının inzibati binası kimi fəaliyyət göstərəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Binada yaradılmış şəraitlə yaxınan tanış olan Azərbaycan Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Prezidenti ölkə​ tarixinə nəzər salmış, ermənilərin indiyə qədər xalqımızın başına gətirdikləri müsibətlərdən söhbət açmışdır. Eyni zamanda Ölkə Başçısı qeyd etmişdir ki, vaxtı ilə Azərbaycanı idarə edənlərin kobud səhvləri, xəyanətləri nəticəsində bir çox tarixi Azərbaycan əraziləri ermənilərə və digər ölkələrə peşkəş edilmişdir. İndi biz bu xəyanətlərin əzabını çəkirik. Ancaq bütün bunlara baxmayaraq biz öz ata - baba torpaqlarımıza qayıdacağıq. Ermənilər özlərinin "qədim" tarixlərindən dəm vururlar. Elə isə, onlar İrəvan şəhərinin qədim hissəsini göstərsinlər. Göstərə bilməzlər. Çünki, belə bir şey yoxdur. İrəvan qədim Azərbaycan şəhəridir və buradakı abidələri ermənilər dağıtmışlar.​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti ziyalılar qarşısında ziyalılarla söhbət zamanı hazırkı vəziyyət haqqında da danışdı. O, qeyd etdi ki, bu ilin sentyabr ayında baş vermiş toqquşma ordumuzun mövqeylərini bir qədər də möhkəmləndirdi. Artıq biz bala Göyçənin kənarındayıq. Göyçə gölünə isə binoklla deyil, adi gözlə baxırıq. Laçın - Şuşa yolunda ermənilər tərəfindən törədilən ekoloji terrora qarşı təşkil edilən aksiya böyük rezonansa səbəb olmuşdur. Ermənilər yenə də haray - həşir salmaqla məşğuldurlar. Ancaq klassik erməni yalanları indi qəbul edilmir. Düzdür, bəzi məlum dairələrdən zənglər gəlir və hesab edirəm ki, belə zənglər gələcəkdə də olacaqdır. Ancaq əsas olan bizim duruşumuzdur. Bizi heç bir qüvvə öz haqq yolumuzdan döndərə bilməz. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Azərbaycan Prezidentinin apardığı avanqard siyasət Azərbaycanı daha gözəl gələcəyə daşıyacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Yaşasın Azərbayca xalqı!​ ​Yaşasın qüdrətli Azərbaycan dövləti!​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Nəzrin Məhərrəmova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib62 dəfə
    İndiki Ermənistan bizim torpağımızdır

    Maraqlı gələ bilər
    56
    48
    47
    48